GündəmManşetSiyasət

Vardanyan Qarabağdan qaçanlardan şikayətlənir və ərzaq talonlarını tətbiq etməyə hazırlaşır

Qarabağın “dövlət naziri” Ruben Vardanyan yanvarın 8-də əhaliyə müraciət edərək ərzaq kuponlarının tətbiqinə hazırlıq barədə məlumat verib.

News.am saytı xəbər verir ki, o, bəzi imkanlı şəxsləri də bu ağır günlərdə Qarabağı tərk etməkdə ittiham edib.

O, ad çəkmədən qeyd edib ki, Qarabağ əhalisinin 90%-i vəziyyəti sakitliklə qəbul edir, “lakin bir neçə yolverilməz insident” var.

Beləli o, bildirib ki, bəzilərı benzini çörəyə dəyişir, halbuki benzin təcili yardım maşınlarına lazım olduğundan ümumi fonda verilməlidir. O, daha sonra mağaza sahiblərini qohum və tanışlarına mal paylamaqda ittiham edib.

“Biz hamımız eyni gəmidəyik və hər şeyi paylaşmalıyıq” o deyib və əlavə edib ki, bazar ertəsi qida talonlarının tətbiqi ilə baglı iclas keçirəcək.

Bu gün Qarabağın “Təhlükəsiszlik Xidməti” əhaliyə müraciət edərək rayonda ərzaq və digər malların qıtlığı ilə bağlı sosial şəbəkələrdə məlumatları dərc etməməyə çağırıb.

Eyni zamanda, Qarabagın məktəblərində dərslərin dayandırıldığı bildirilir.

Ermənistanın özündə isə yanvarın 8-də bir sıra qərbyönlü təşkilatların üzvləri Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası qarşısında etiraz aksiyası təşkil ediblər. Onlar bazanı mühasirəyə almağa çalışsalar da, polis onları geri qovub. Aksiya iştirakçıları Rusiyadan Laçın dəhlizinin açınmasını tələb ediblər.

Xatırladaq ki, bu gün Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Şuşa yaxınlığındakı Laçın yolunda keçirdiyi aksiyanın 28-ci günüdür. Onlar Qarabağda qızıl mədənlərinin separatçılar tərəfindən qanunsuz istismarının dayandırılmasını və Laçın yolunda Azərbaycan nəzarətinin yaradılmasını tələb edirlər.

Ermənistan tərəfi bu tələbləri yerinə yetirməkdən imtina edir. (Turan)

Bənzər yazılar

Back to top button