Dünya

BMT TŞ İrana qarşı təklif olunan qətnaməyə veto qoysa, ABŞ nə edəcək?

ABŞ BMT Təhlükəsizlik Şurası təklif olunan qətnaməyə veto qoyacağı halda İrana silah tədarükünə qoyulan embarqo müddətini uzatmaq niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun “Wall Street Journal” da dərc olunmuş məqaləsində deyilir.

Bundan bir qədər əvvəl Huk ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılması məsələsində BMT-də səsvermə üçün qətnamə layihəsi hazırladığını bildirib. Rusiyanın BMT-dəki Daimi Nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının ABŞ-ın fəal şəkildə dəstəklədiyi İrana qarşı silah embarqosunu uzatması üçün heç bir səbəb görmədiyini qeyd edib.

Huk ABŞ prezidenti Donald Trampın administrasiyası veto halında embarqonu uzatmaq üçün bütün qanuni imkanlardan istifadə etmək niyyətində olduğunu vurğulayıb.

Bənzər yazılar

Back to top button