Dünya

Dünyanın ən varlı ailələri: onların 1.1 trilyon pulu var

“Bloomberg” nəşri dünyanın ən zəngin 25 ailəsinin siyahısını təqdim edib.

Qaynarinfo xəbər verir ki, onların ümumi varidatı 1,1 trilyon dollardan çoxdur. Siyahıya mülkiyyətin azı bir dəfə vərəsəlik yolu ilə ailə üzvlərinə ötürüldüyü ailələr daxil edilib.

Siyahının ilk pilləsində Uolton ailəsi qərarlaşıb. “Walmart” super-marketlər şəbəkəsinə nəzarət edən ailənin sərvəti 151,5 milyard dollara yaxındır.

İkinci pillədə qərarlaşan Çarlz və Devid Kox qardaşlarının varidatı 98,7 milyard dollardır. Onların atası Fred Kox 1940-cı ildə “Kock Industries” amerikan korporasiyasının əsasını qoyub.

İlk “üçlüy”ü Frenk Mars qapayır – 89,7 milyard dollar. O, eyni adlı baton şokoladları istehsal edən “Mars” şirkətinin sahibidir.

Bənzər yazılar

Back to top button