İdman

Ronaldo burada qalacaq: 17 otaq tutub

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “Əl Nəsr”ə keçdikdən sonra bir ay Ər-Riyaddakı 99 mərtəbəli “Kingdom Tower”-də qalacaq.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Kristiano Ronaldo, ailəsi, dostları və təhlükəsizlik işçiləri dəbdəbəli oteldə 17 otaq tutublar. Kriştianonun otağı futbolçunun İngiltərədə yaşadığı əksər mənzillərdən böyükdür.

Bu otaqların Ronaldoya 280.000 avrodan baha başa gələcəyi gözlənilir. Otelin saytında deyilir ki, lüks otaqdan Ər-Riyadın panoramik mənzərəsi təqdim edilir; orada zərif mətbəx, qonaq otağı və ofis var.

Portuqaliyalı ulduz şam yeməyində təzə inqrediyentlərlə hazırlanan Çin, Yaponiya, Hindistan və Yaxın Şərq yeməklərindən ləzzət ala biləcək.

Bənzər yazılar

Back to top button