Hadisə

Müəllimə məktəbdə ayaqyolunun olmamasını ictimailəşdirdiyinə görə töhmət verilib?

Xəbər verdiyimiz kimi, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı sözügedən məktəbin müəlliminin çəkdiyi görüntülər yayılıb.

Daha sonra həmin videonu çəkən müəllimə töhmət verildiyi iddia olunub.

İddialarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən Yeniavaz.com-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Video ilə bağlı töhmət verilməyib. 2022-ci il dekabr ayının əvvəlində məktəbin daxili nizam-intizam qaydalarını pozduğuna, rəhbərliyə heç bir məlumat vermədən dərsə iki gün gəlmədiyinə görə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə barəsində intizam tənbehi görülüb. Onun yayılan görüntülərlə heç bir əlaqəsi yoxdur”.

Bənzər yazılar

Back to top button