Hadisə

“Bandotdel”ə 180 minlik şikayət – Dələduzluq, yoxsa sələm?

Goranboy rayon sakini 1976-cı il təvəllüdlü Aytən Hafiz qızı Musayeva 180 minlik dələduzluğa məruz qaldığını bildirir.

Aytən Musayeva buna görə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Bildirib ki, 2019-cu ilin dekabrda Gülnarə və Vüqar adlı şəxslər onu aldadaraq 180 000 manat pulunu alıblar.

Şikayətlə bağlı araşdırma aparılır. Amma məlum olub ki, barəsində şiakyət edilən şəxs Gülnarə Mirzəyeva qızıl alveri ilə mşğul olub. O, həmin pulu Aytən Musayevadan sələmə götürdüyünü bildirib. Bunu sübut edən yazışmalar da var.

Aytən Musayeva isə sələmə pul verməsi iddiasını qəbul etmir. Bu işlə bağlı başqa bir iddia da üzə çıxıb. Məlum olub ki, bəzi hərbçilər bankdan aşağı faizlə aldıqları kreditləri 30 faizlə sələmçilər vasitəsi ilə başqa-başqa şəxslərə sələmə verirlər.

Musavat.com

Bənzər yazılar

Back to top button