İdman

“Mançester Yunayted”in futbolçusu niyə şoka düşüb?

“Mançester Yunayted”in futbolçusu Entoni dekabrın 31-də avtomobil qəzasına düşüb.

Qol.az “The Sun”a istinadən xəbər verir ki, qəzadan sonra futbolçu şok vəziyyətində olduğu üçün Premyer Liqanın son turunda “Bornmut”la oyunu (3:0) buraxıb.

Qaranlıq və yağışlı hava səbəbindən braziliyalı futbolçu avtomobil idarə edərkən səhvə yol verib. Qəzada avtomobildə ondan başqa heç kim olmayıb.

Qeyd olunur ki, Entoninin qanında spirt aşkarlanmayıb. Testdən sonra avtomobil futbolçuya qaytarılıb.

Bənzər yazılar

Back to top button