Cəmiyyət

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin tarixləri məlum olub.

AzToday.az Report-a istinadla xəbər verir ki, bu ilin ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.

Belə ki, fevralın 21-də ilk – Su çərşənbəsi, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-dədir.

Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

Bənzər yazılar

Back to top button