Dünya

Separatçı “Cavaxk” hərəkatını lideri Yerevanda həbs edilib

“Kamk” ictimai təşəbbüsünün lideri Vahaqn Çaxalyan və daha 11 könüllü naməlum istiqamətə aparılıb

Bütün tərəfdarlarımıza və ictimaiyyətə bildirmək istəyirik ki, ilkin məlumatlara görə, “Kamk” (“İradə”) ictimai təşəbbüsünün lideri Vahaqn Çaxalyan və daha 11 könüllü “qırmızı beretlilər” (Ermənistan polisinin xüsusi bölməsi) tərəfindən oğurlanıb. Bu barədə “Facebook”dakı “Kamk” təşəbbüsünün rəsmi səhifəsində məlumat verilib.

AzToday.az xəbər verir ki, açıqlamada xüsusi olaraq deyilir: “Kamk” İctimai Birliyi, yeni parlament seçkilərinin təşkili və keçirilməsi üçün 7-ci çağırış parlamentin buraxılmasına qədər mübarizəni davam etdirəcəyini qətiyyətlə bəyan edir”.

Xatırladaq ki, “Kamk” ictimai təşəbbüsünün lideri Vahaqn Çaxalyan Gürcüstanın Cavaxetiya (Axıska) regionunda separatçı “Cavaxk” hərəkatını lideri olub. Gürcüstanda M.Saakaşvilnini hakimiyyəti dövründə separatçı fəaliyyətinə görə həbs edilən və həbsdə yatan Çaxalyan daha sonra Yerevaa qaçıb və burada fəaliyyət göstərir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button