İdman

“Qarabağ”dan braziliyalı futbolçuya rəsmi təklif

“Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirə bilər.

Qol.az “walfoot.be” saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Belçika “Beveren”inin hücumameyilli yarımmüdafiəçisi Lukas Ribeyrunu transfer etmək istəyir. “Qarabağ”ın braziliyalı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib.

Xəbərdə Rusiyanın iki klubunun da Ribeyru ilə maraqlandığı, ancaq oyunçunu Ağdam təmsilçisinin təklifinin cəlb etdiyi vurğulanıb.

Qeyd edək ki, “Qarabağ”ın fransalı vinger Aama Diakabi ilə də yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button