Hadisə

60 yaşlarında qadın metroda dünyasını dəyişdi

Bu gün 60 yaşlarında olan bir qadın metroda dünyasını dəyişib.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti məlumat yayıb.

“20 Yanvar” stansiyasında təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 07:45-də qatardan düşürülüb. Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin bu dəqiqələrdə dünyasını dəyişib”, – məlumatda bildirilib.

Bənzər yazılar

Back to top button