İdman

Şakiradan ayrılmamış onunla görüşürmüş

“Barselona”nın və İspaniya millisinin sabiq müdafiəçisi Cerard Pike müğənni Şakiradan ayrılmazdan əvvəl ispan model Klara Çia Marti ilə görüşürmüş.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Page Six” yayıb.

Xatırladaq ki, xəyanətin üstü açılandan sonra 2022-ci ilin iyununda Şakira və Pike 11 illik “evlilik”dən sonra ayrıldıqlarını elan ediblər.

Daha sonra futbolçu yeni sevgilisini – Klara Çia Martini təqdim edib. Ancaq 2021-ci ilin avqustunda Pike Barselonadakı evindən müsahibə verərkən kadra Klara da düşüb. Həmin vaxt Şakira uşaqlarla səyahət edirdi.

Mənbənin dediyinə görə, Klaranın onların evində olduğunu öyrənən Şakira çox pis olub. 2022-ci ilin dekabrında Pikenin Çia Martindən də ayrıldığı məlum oldu.

Bənzər yazılar

Back to top button