Siyasət

Dövlət Departamenti Azərbaycanı Tofiq Yaqublu və Bəxtiyar Hacıyevi “operativ qaydada” azad etməyə çağırır

Bazar ertəsi Dövlət Departamenti hökumətin tənqidçiləri Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsi ilə əlaqədar Azərbaycanda son insan hüquqları pozuntularını tənqid edib.

“Biz Bəxtiyar Hacıyevin və Tofiq Yaqublunun həbsindən və saxlanılmasından dərin narahatlıq hissi keçiririk”, deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays gündəlik brifinqdə Turan-ın sualına cavabda bildirib.

“Hakimiyyəti onları operativ qaydada azad etməyə çağırırıq”, deyə o, sözünə davam edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Yaqublu və Hacıyev həbsxanada Azərbaycan hakimiyyətinin törətdiyi qanunsuzluqlara qarşı etiraz əlaməti olaraq aclıq edirlər.

Prays deyib ki, ABŞ əvvəlki kimi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin təşviqinə sadiqdir. “Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən baxışlarını dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq”, deyə Prays bildirib.

Hacıyev dekabrın əvvəllərində saxlanılıb və “xuliqanlıqda” və “məhkəməyə hörmətsizlikdə” ittiham olunur. Hüquq müdafiə təşkilatları bu ittihamları siyasi motivli hesab edir.

Yaqublu dekabrın 23-də Bakının mərkəzində Bəxtiyar Hacıyevin azad edilməsi tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb. Bu gün o, altı gündür ki, aclıq edir və onun həyat yoldaşı və digər fəallar həmrəylik əlaməti olaraq ona qoşulurlar.

Bənzər yazılar

Back to top button