Gündəm

Qarabağdan Ermənistana üç xəstə aparılıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi yanvarın 10-da Qarabağdan Ermənistana daha üç xəstə aparıb. Bu barədə Qırmızı Xaç Komitəsinin Yerevandakı ofisi məlumat yayıb. Son bir ayda Qarabağdan Ermənistana aparılan xəstələrin sayı 16 nəfər təşkil edib.

Xatırladaq ki, bu gün Azərbaycanlı fəalların Şuşa yaxınlığında Laçın yolunda aksiyaya başlamasından bir ay keçir. Aksiya iştirakçıları Rusiya sülhməramlılarının və mülki nəqliyyatın hərəkətinə mane olmur. Ermənistan tərəfi bu yoldan Azərbaycanlıların nəzarəti altında istifadə etməkdən imtina edir. (Turan)

Bənzər yazılar

Back to top button