ManşetSiyasət

İrah əhalisinin böyük hissəsi Azərbaycan dilində danışır – Sahibə Qafarova

Yanvarın 9-da Antalyada Asiya Parlament Assambleyasının 13-cü plenar iclası çərçivəsində Azərbaycan və İran parlamentlərinin spikerləri Sahibə Qafarova və Məhəmməd Bağır Qalibafın görüşü keçirilib.

Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, postmünaqişə dövründə regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası münasibətlərin cari vəziyyəti müzakirə olunub, deyə Milli Məclisin məlumatında bildirilir.

Öz növbəsində, IRNA Agentliyinin yaydığı məlumata görə, Qalibaf Azərbaycanın İran İslam Respublikası üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra İranın yüksək vəzifəli nümayəndəsi “regiondankənar ölkələrin” müdaxiləsinin yolverilməz olduğu və İranın “regionda sərhədlərin heç bir geosiyasi dəyişikliyini” qəbul etməyəcəyi haqqında hamını bezdirən tezisini növbəti dəfə təkrar edib.

“Bizim Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı dəqiq mövqeyimiz var və biz Azərbaycanla ticari və tranzit əlaqələrini inkişaf etdirməyə hazırıq”, deyə o bildirib.

Öz növbəsində, Qafarova Qalibafı Azərbaycana səfərə dəvət edib. “Bizi birləşdirən təkcə coğrafiya, ortaq sərhədlər və inanc deyil, həm də İran əhalisinin böyük hissəsinin Azərbaycan dilində danışmasıdır”, deyə IRNA Agentliyi Qafarovadan sitat gətirir. (Turan)

Bənzər yazılar

Back to top button