AnalitikaDünyaManşet

ASİYA-PASİFİKDƏ BİR GÜC…

O, 2014-cü ildən bəri dünyanın ən çox əhalisi olan ikinci ölkəsinin baş naziridir. Hindistan çox kasıb ölkədir. Bununla belə, Hindistanın dünya iqtisadiyyatına gətirdiyi müəyyən transmilli şirkətlər var. Üstəlik, dünyanın texnologiya ehtiyatlarına xalis töhfəsi sayəsində Hindistan artıq sadəcə yeni sənayeləşən ölkə olmasada, lakin hələ də yüksək artım tempinə malikdir…

Narendra Modinin Hindu Milliyyətçilik Partiyası (Baharatiya Janata) ölkənin çox fərqli din və etnik mənsubiyyətə malik insanlara, xüsusən də müsəlmanlara etdiyi siyasi təzyiqlə tanınır. Ölkənin ən yoxsul bölgələrindən biri olan Qucaratdan gəldiyindən kasıbların vəziyyətini yaxşı başa düşdüyünü deyən Modi iqtisadi siyasətlərində də millətçi və rəhbər xətt izləyir. Baharatiya Janata partiyasının ən böyük iddiası reallaşdırmağa çalışdığı iqtisadi islahatlar və həyata keçirmək istədiyi sosial rifah proqramlarıdır. Modinin Çinlə regional məqsədləri, ABŞ, İsrail, Portuqaliya və Hollandiya kimi ölkələrlə prioritet iqtisadi əməkdaşlıq və qlobal terrorizmlə mübarizə kimi ortaq hədəfləri var…

Əvvəlki illərdə olduğu kimi, Modinin Hindistan xalqına verdiyi vədlər inflyasiyaya nəzarət, büdcə və xarici ticarət kəsirlərinin azaldılması, iş yerlərinin yaradılması və məşğulluğun artırılması, ölkədə xidmət sektorları yeni istehsal sənayesinin yaradılmasıdır. Modinin Hindistana gətirdiyi 3 yeni məqsəd və şüar var: “Hindistanda istehsal et” (Make in India), “Hindistanı Bacarıqla təchiz et (Skill India) və “Hindistanı yenidən Başlat” (Start-up India)…

Əfqanıstandakı Taliban təhlükəsi və Şri-Lankadakı son siyasi xaos bölgəni daha da riskli vəziyyətə çevirir. Bu vəziyyətə Kəşmirdəki qeyri-müəyyənlik, Pakistanla artan hərbi gərginlik və ABŞ-Çin oxundakı iqtisadi rəqabət də əlavə olunduqda, Hindistanın bütövlükdə daxili və xarici reaktivliyinin güclənəcəyini proqnozlaşdırmaq olar…

P.S. Asiya gələcəyin böyük gücüdür. Bu səbəbdən bölgə ölkələrini, hədəflərini yaxşı tanımalı və analiz etməliyik…

Pərviz Əliyev, çinşünas

Bənzər yazılar

Back to top button