Hadisə

Son iki gündə Bakıda 14 nəfər dəm qazından zəhərlənib

Son iki gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər müraciət edib. Bunu şöbə müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, müraciət edənlərdən 5 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya qəbul ediliblər.

Digər 9 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Maqsudov bildirib ki, hazırda xəstəxanada müalicə alan 5 nəfərin ya bu gün, ya da sabah evə buraxılacaqları gözlənilir.

Bənzər yazılar

Back to top button