Siyasət

YAP-da yoxlamalar başlayıb – Rayon təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılır

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatlarında yoxlamalar aparılır.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yoxlamaları partiyanın Təftiş Komissiyası həyata keçirir.

Məlumatda bildirilir ki, yoxlamalar ötən ildən başlayıb. Artıq Bakı rayonları üzrə təşkilatlarında yoxlamalar başa çatıb. Araşdırmalar əsasən təşiklatların maliyyə-təsərrüfat fəaliyyətini əhatə edir.

Hakim partiyanın Təftiş Komissiyasının üzvü, keçmiş icra başçısı və deputat Musa Musayevin dekabrın 29-da “Facebook”da etdiyi paylaşım da əldə etdiyimiz məlumatın səhihliyinə dəlalət edir.

Musa Musayev yazıb ki, dekabrın 29-da Təftiş Komissiyasının iclası keçiriləcək. İclasın gündəliyinə isə iki məsələ

1.YAP-ın rayon təşkilatlarında 2022-ci ilin ikinci yarımilliyində maliyyə-təsərrüfat fəaliyyətinin kompleks təftişinin yekunları.

2.Təftiş Komissiyasının 2023-cü ilin birinci yarımilliyinə dair iş planı .

Gündəliyə salınan birinci məsələdən görünür ki, rayonlarda YAP-ın təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin kompleks yoxlaması həyata keçirilir. Lakin yuxarıda qeyd etdiyimiz kimi ilk olaraq Bakı rayonlarında yoxlamalar aparılıb.

İclasda da bu yoxlamanın yekunları müzakirə olunub. 2023-cü ildən isə digər rayonlarda və YAP-ın Naxçıvan Muxtar Respublikası üzrə təşkilatında yoxlamalara start veriləcək.

Bənzər yazılar

Back to top button