Siyasət

“Bakının razılığı olmalıdır” – Kremldən Paşinyana cavab

“BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmdə olub, lakin istənilən missiya yalnız münaqişənin hər iki tərəfinin – həm Bakının, həm də İrəvanın razılığı ilə cəlb edilə bilər”.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü, Rusiya liderləri və Ermənistanın bu mövzunu müzakirə edib-etmədiyi sualına belə cavab verib:

“İş səviyyəsində, müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər”.

Qeyd edək ki, ötən gün – yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya öz öhdəliklərini yerinə yetirə bilməsə BMT Təhlükəsizlik Şurasında Qarabağa çoxmillətli missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.

Bənzər yazılar

Back to top button