Dünya

Taker Karlson Zelenskidən də müsahibə almaq istəyir

Amerikalı jurnalist Taker Karlson Ukrayna Prezidenti Volodimir Zelenskidən də müsahibə almağa çalışacaq.

Yeniavaz.com xəbər verir ki, Karlsonun özü bu barədə “X” sosial şəbəkə hesabındakı videomüraciətində məlumat verib.

O hesab edir ki, Ukrayna liderinin Amerika mediasındakı əvvəlki müsahibələri jurnalistika deyil, təbliğatdır.

“Amerika nəşrləri dəfələrlə Ukraynadan olan rəsmilərlə əlaqə saxlayıb və Ukrayna Prezidenti Zelenski ilə çoxlu müsahibələr verib. Biz özümüz Zelenski ilə müsahibə üçün müraciət etmişik, ümid edirik ki, o, razılaşacaq. Onun ABŞ-də verdiyi müsahibələr ənənəvi müsahibələr deyil. Onlar Zelenskinin ABŞ-nin Şərqi Avropadakı müharibədə daha çox iştirakı ilə bağlı tələbini gücləndirmək üçün xüsusi olaraq hazırlanmış təşviqedici müzakirələrdir”, – keçmiş “Fox News” aparıcısı bildirib.

“Eyni zamanda, siyasətçilərimiz və mediamız bunu etdi, xarici lideri yeni istehlakçı brendi kimi tanıtdı. Heç bir Qərb jurnalisti bu münaqişədə iştirak edən digər bir ölkənin Prezidenti Vladimir Putindən müsahibə götürmədi”, – o əlavə edib.

Qeyd edək ki, Karlson Rusiyaya ötən həftənin sonunda gəlib. Hələ 2023-cü ilin sentyabrında jurnalist Putindən müsahibə almağa çalışdığını, lakin ABŞ hakimiyyəti tərəfindən buna qadağa qoyulduğunu bildirib.

Rusiya Prezidentinin özü sonuncu dəfə 2021-ci ilin oktyabrında Qərb mətbuatının nümayəndəsinə müsahibə verib. Belə ki, Rusiya Enerji Həftəsi plenar iclası başa çatdıqdan sonra CNBC telekanalının aparıcısı Hedli Gembl onunla söhbət edib.

Bənzər yazılar

Back to top button