Digər

İran parlamentinin spikeri Bakıya gələcək

Çərşənbə axşamı İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Bakıya səfər edəcəyini bildirib. Bu barədə İRNA agentliyi bildirib.

Asiya Parlament Assambleyasında iştirak etmək üçün Türkiyəyə səfərinin yekunlarını şərh edən Qalibaf deyib: “Son zamanlar Azərbaycan Respublikası ilə müəyyən anlaşılmazlıqlar olub və bu məsələlər artıq öz həllini tapıb. Tezliklə Bakıya gedəcəm və belə görüşlərin davam etdirilməsi qərara alınıb”.

O, Azərbaycan və Türkiyə parlamentlərinin spikerlərilə ikitərəfli və üçtərəfli görüşlərinə toxunaraq bildirib ki, malların və enerji resurslarının tranzitinə dair məsələlər müzakirə edilib. “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı danışıqlar aparılıb. “Biz xarici işlər, müdafiə nazirləri və yüksək vəzifəli rəsmi şəxslər səviyyəsində üçtərəfli görüşlər keçirmək barədə razılığa gəldik”, – o, fikrini yekunlaşdırıb.(Turan)

Bənzər yazılar

Back to top button