Gündəm

Laçın yolunda aksiya – 31-ci gün

Şaxtalı və qarlı havaya baxmayaraq, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda aksiyası davam edir.

Ötən il dekabrın 12-də fəalların tutduğu Şuşa şəhəri yaxınlığındakı postdan aksiyanın 31-ci günü Rusiya sülhməramlılarının yük maşınları keçməyə davam edib.

Ötən gün bu mövzuya dövlət başçısı İlham Əliyev də toxunub. O, yerli telekanallara müsahibəsində qeyd edib ki, Bakı nümayəndələrinin qızıl mədənlərinə buraxılması və orada qanunsuz istismarın dayandırılması barədə tələblər yerinə yetirilmədiyi müddətdə aksiya davam edəcək.

“Orada (Qarabağda) Azərbaycanın bayrağı altında yaşamaq istəyənlərə hər cür şərait yaradılacaq. Bunu istəməyənləri heç kim saxlamır, yol açıqdır, gedə bilərlər”, – Əliyev deyib.(Turan)

Bənzər yazılar

Back to top button