Dünya

Çin ABŞ-ın uyğurlarla bağlı sanksiyalarına reaksiya verdi

Çin Xarici İşlər Nazirliyi Uyğurlara qarşı Çinin repressiv siyasətinə görə tətbiq edilən ABŞ sanksiyalarının beynəlxalq hüquqa zidd olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, Pekin Vaşinqtonun qərarını onun daxili işlərinə kobud müdaxilə hesab etdiyini bildirib. Rəsmi məlumatda Çin xalqı və hakimiyyətinin ABŞ-ın bu sanksiyasına “qəti etirazını” ifadə etdikləri bildirilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp uyğurların və digər müsəlmanların hüquqlarını pozan vəzifəli şəxslərə və ya təşkilatlara sanksiya tətbiq edən qanuna imza atıb.

Bənzər yazılar

Back to top button