Cəmiyyət

Ramazan Bayramında respublika daxilində hərəkət dörd günlük qadağan edildi

Çeçenistanda Ramazan Bayramın qeyd olunduğu 23-26 may tarixlərində respublikada hərəkət qadağası tətbiq edilib.

Qaynarinfo xəbər verir ki, bu haqda qərar Daxili İşlər Nazirliyinin İnstaqram səhifəsində yerləşdirilib. Həmin günlər istirahət günü elan olunub.

Çeçenistanın rəhbəri Ramzan Kadırov respublika sakinlərini təcridetmə tədbirlərinə riayət etməyə və tətili evdə keçirməyə çağırıb.

Daha əvvəl Rusiyadakı məscidlərin Ramazan Bayramı zamanı koronavirusa görə bağlı olacağı bildirilib.

Bənzər yazılar

Back to top button