İqtisadiyyat

Vasif Talıbovun qızını yüksək vəzifədən azad etdilər

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasında dəyişiklik olub.

Yeniavaz.com bankdan açıqlanan məlumata istinadən xəbər verir ki, “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının üzvü Baharxanım Talıbova tutduğu vəzifədən azad olunub. Eyni zamanda Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov da sıravi üzv təyin olunub. Müşahidə Şurasına isə yeni sədr təyin olunub. Əvvəllər “Rabitəbank” ASC-də baş direktor olan Binnət Novruzov “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri təyin olunub.

Məlumat üçün qeyd edək ki, “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının üzvülüyündən çıxarılan Baharxanım Talıbova Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun qızıdır.
Onu da qeyd edək ki, “Naxçıvanbank” ASC uzun illərdir bank səhmdarların kim olduğunu ictimaiyyətdən gizlədir.

Bənzər yazılar

Back to top button