İqtisadiyyat

“Atəşgah Sığorta”nın sədri işdən çıxıb

“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Azər Əliyev işdən çıxıb.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, onun vəzifəsini müvəqqəti olaraq İH-nin üzvü Tahir Kazımov icra edir.

A.Əliyev isə bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri kimi çalışacaq. O həm də “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin sədridir.

Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb.

Onun nizamnamə kapitalı 5,009 milyon manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Bənzər yazılar

Back to top button