İdman

Messi bu göstəricidə Ronaldoya çatdı

PSJ-nin futbolçusu Lionel Messi daha bir uğura imza atıb.

Aut.az xəbər verir ki, argentinalı futbolçu Avropanın “TOP-5” ölkələrinin turnirlərində ən çox fərqlənən Kriştiano Ronaldoya çatıb. O, bu uğura Fransa Liqa1-nin 18-ci turu çərçivəsində keçirilən “Anje” ilə görüşdə fərqlənməklə nail olub.

Messi sözügedən görüşdə 696-cı qolunu vurub. O, buna 832-ci qarşılaşmada nail olub. Leo növbəti oyunlarda daha 1 dəfə fərqlənərsə, bu göstəricidə birinci sıraya yüksələcək.

696 qol səddinə 919 matçda çatan Kriştiano Ronaldonun Avropanı tərk edərək Səudiyyə Ərəbistanına yollandığını nəzərə alsaq, Messinin həmkarını daha böyük fərqlə qabaqlayacağını gözləmək olar.

Bənzər yazılar

Back to top button