Gündəm

Qırmızı Xaç Komitəsi üç xəstəni və onları müşaiyət edən üç şəxsi Qarabağdan Ermənistana aparıb

Cümə axşamı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin müşaiyəti ilə üç xəstə, onları müşaiyət edən iki şəxs və tibb bacısı Qarabağdan Ermənistana aparılıb. Bu barədə yanvarın 12-də Qırmızı Xaç Komitəsinin Yerevandakı ofisi xəbər yayıb.

Mənbənin məlumatına görə, dekabrın 12-dən – Laçın yolunda aksiya başladığı gündən etibarən Qarabağdan Ermənistana 21 xəstə aparılıb.

Elə bu gün Rusiya sülhməramlılarının yük maşınları karvanı Laçın yolundan keçməklə Xankəndindən Ermənistana gedib. (Turan)

Bənzər yazılar

Back to top button