Cəmiyyət

Hava şəraiti sabitləşir, havanın temperaturu 4-6 dərəcə yüksələcək

Ötən gecə və yanvarın 12-də səhər Azərbaycan ərazisində şaxtalı qarlı hava şəraiti davam edib.

Bəzi rayonlarda yağıntılar intensiv xarakter daşıyıb, bu barədə Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Belə ki, Lerikdə qar örtüyünün hündürlüyü 35 sm, Altıağacda 32 sm, Xaçmazda 24 sm, Quba, Şamaxı, Xaltanda 19 sm, Göytəpədə 17 sm, Qusarda 16 sm, Qaxda, Yardımlıda 15 sm, Qobustanda 14 sm, Biləsivarda, İsmayıllıda 10 sm təşkil edib.

Şabranda cənub-şərq küləyinin sürəti 20 metr/saniyəyə çatıb.

Sinoptiklərin proqnozlarına görə, yanvarın 12-də günün ikinci yarısından etibarən yağıntılar tədricən kəsiləcək, həftə sonu isə havanın temperaturu 4-6 dərəcə yüksələcək.

Bənzər yazılar

Back to top button