Hadisə

Vəkil: Bəxtiyar Hacıyevin səhhətində ağırlaşma halları başlayıb

1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclığı davam etdirir.

Yanvarın 12-də onunla görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev Turan-a bildirib ki, Hacıyevin səhhətində ağırlaşma halları başlayıb.

“Dünənki məlumatlara görə, qan təzyiqi aşaığı düşüb, 86/60 olub, nəbz döyüntüləri 70-dən 60-a düşüb, bədən temperaturtu da 35.6 selsidən 35.4-ə düşüb. 1 kiloqram çəki itirib. Ümumi götürəndə bundan öncə 14 gün aclıq edib və indi səhhətində dəyişkiliklər əvvəlki aclığın davamı kimi özünü biruzə verir. Mənimlə söhbət zamanı artıq baş gicəllənmə halları var idi. Artıq narahatedici hallar başlayıb”, deyə o qeyd edib.

Vəkil həmçinin bildirib ki, Yanvarın 12-də Bəxtiyar Hacıyevin telefon danışıqlarına və ailə üzvləri ilə görüşünə qoyulan qadağanın aradan qaldırılması haqqında məhkəmə qərarı İstintaq Təcridxanasına daxil olub.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Turan Agentliyinə Hacıyevin aclığı davam etdirdiyi haqqında məlumatı təsdiq ediblər. “O, təcridxananın sanitar-tibb hissəsinə köçürülüb, həkim nəzarəti altındadır”, deyə idarədən bildiriblər.

* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Bakının Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.

Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbi ilə aclıq elan edib. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib. Aksiya zamanı siyasətçi Tofiq Yaqublu 30 sutlaka inzibati həbsə məhkum edilib və o yanvarın 5-dən aclığa başlatyıb. Hazırda Tofiq Yaqublu və Bəxtiyar Hacıyevə dəstək məqsədi ilə 15 siyasi fəal siyasi məhbuslara azadlıq tələbi tələbi ilə aclıq keçirir.

Yanvarın 9-da Apellyasiya Məhkəməsi növbəti dəfə Bəxtiyar Hacıyevin həbsindən verdiyi şikayəti təmin etmədikdən sonra o, məhkəmə zalında yenidən aclığa başladığını bildirib.

Bənzər yazılar

Back to top button