ManşetSiyasət

Rusiya XİN Yerevanı razılaşmaları pozmaqda ittiham edib

Rəsmi Yerevanın eyni məsələ ilə bağlı bəyanatları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu barədə RF XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ermənistan baş naziri Nikol Paşinyanın yanvarın 10-da mətbuat konfransında səsləndirdiyi bəyanatlarla bağlı 12 yanvar tarixli şərhində deyilir.

“Mətbuat konfransında Ermənistan baş naziri Rusiyanın təklifləri əsasında sənəd imzalamaq niyyətindən də, eyni zamanda münaqişənin Qərbin təklif etdiyi hansısa “kompleks həllinin” üstünlüyündən də danışıb”, deyə o bildirib.

“Yerevanın 2022-ci ilin oktyabrında Praqa sammitinin yekunlarına dair bəyanatda əksini tapan Bakı ilə sülh müqaviləsinin hazırlanması zamanı 1991-ci il tarixli Alma-Atı bəyannaməsinə əsaslanmağa razılığı damnışıqlar prosesinin məntiqini kökündən dəyişdirib. Alma-Atı bəyannaməsində Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin pozulmazlığı təsdiqini tapıb. Həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in bir hissəsi idi. Şübhəsiz ki, Bakı və Yerevan arasında sülh prosesində bu vəziyyətə məhəl qoymamaq çox çətindir”, deyə Zaxarova qeyd edib.

O, Yerevanı 23 dekabr 2022-ci il tarixində Moskvada RF, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü pozmaqda ittiham edib.

“Bu, təkcə sülh müqaviləsini deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər mühüm məsələləri, o cümlədən Laçın Dəhlizi ətrafında vəziyyəti müzakirə etməyə mane olub”, deyə Zaxarova bildirib.(Turan)

Bənzər yazılar

Back to top button