İdman

İspaniya Superkubokunda “El Klassiko” finalı

Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunda sonuncu finalçı müəyyənləşib.

Qol.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında “Barselona” “Betis”lə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada komandalar hərəyə bir dəfə növbəti dəfə fərqləniblər. Hesab 2:2 olduğuna görə qalib penaltilər seriyasında bilinib.Kataloniya təmsilçisi penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.

“Barselona” finalda yanvarın 15-i “Valensiya”nı mübarizədən kənarlaşdıran “Real”la qarşılaşacaq.

12 yanvar

“Betis” – “Barselona” – 2:2 (penaltilər seriyası – 2:4)
Qollar: Levandovski, 40 (0:1), Fekir, 77 (1:1), Fati, 93 (1:2), Moron, 101 (2:2)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button