Cəmiyyət

Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği artırıldı

Prezident İlham Əliyev şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

Qeyd edək ki, şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdü 500 manat idi.

Bənzər yazılar

Back to top button