İqtisadiyyatManşet

Büdcə təşkilatlarında çalışanların maaşları, sosial müavinətlər, təqaüdlər və pensiyalar artırılıb

Dövlət başçısının 13 yanvar tarixli sərəncamı ilə yanvarın 1-dən Azərbaycanda bir sıra büdcə təşkilatlarının maaşları, sosial müavinətlər, pensiyalar və təqaüdlər artırılıb. Bu, ölkənin 1,9 milyon vətəndaşını əhatə edəcək. Bu məqsədlə hər il 750 milyon manat ayrılır.

Belə ki, bir sıra büdcə təşkilatlarında çalışanların əməkhaqqı 15 faiz artırılıb. Bunlar Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə şöbəsinin Aparatı; Heydər Əliyev Mərkəzi; “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Atatürk Mərkəzi; dövlət arxivləri və onların filialları, Narkomaniyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası; Bakı Multikulturalizm Mərkəzi; Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi Aparatı; Maliyyə Nazirliyi yanında Maliyyə Elmi- Tədris Mərkəzi; Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;

Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu; Quba şəhərində “Soyqırım memorial kompleksi”; Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi Aparatı; Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza Birliyi və Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi; Milli Kulinariya Mərkəzi; Mənəvi Dəyərlərin Təbliği Fondu; icra hakimiyyəti orqalarının tabeliyində mərkəzləşdirilmiş mühasibatlıq.

Dövlət başçısının fərmanı ilə İkinci Dünya Müharibəsi iştirakçılarının pensiyası 300 manatdan 330 manata qaldırılıb. Müharibə və 1990-cı il 20 yanvar hadisələrilə əlaqədar əlillik almış şəxslərə müavinət orqanizmin funksiyalarının itirilməsi dərəcəsindən asılı olaraq 330 manatdan 500 manatadək artırılıb. 20 yanvar şəhidlərinin ailələrinə pensiya 500 manatdan 600 manata qaldırılıb.

Uşağın doğulmasına görə sosial müavinətin məbləği 500 manat müəyyən edilib.

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinət hər uşağa görə 100 manat müəyyən edilib.

Elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri üçün prezident təqaüdü aşağıdakı dərəcələrdə müəyyən edilib: elmlər doktoru – 500 manat; fəlsəfə doktoru – 300 manat.

Ali təhsil müəssisələrinin tələbələri üçün prezident təqaüdünün məbləği 250 manatdan 275 manata qaldırılıb.

Orqanizmin funksiyalarının pozulması səbəbindən əlilliyə görə sosial müavinətlər 81-100 faiz artaraq 270 manata, pozuntulara görə 61-80 faiz artaraq 220 manata, 31-60 faiz artaraq 150 manata yüksəlib.

Yaşa görə sosial müavinət 220 manata çatdırılıb.

Dəfn üçün sosial müavinət 500 manat müəyyən edilib.

Ailə başçısını itirməyə görə sosial müavinət 120 manat müəyyən edilib.

Əfqanıstanda həlak olan və itkin düşən hərbçilərin ailələri üçün pensiya 600 manat müəyyən edilib.

Şəhid ailələri üçün pensiya 600 manat müəyyən edilib.

81-100 faiz əlilliyi olan və ya 18 yaşadək şəxslərə qulluq etməyə görə pensiya 100 manat müəyyən edilib.

Fəxri adları olanlara 200 manat təqaüdü xalq yazıçıları, xalq şairləri, xalq artistləri və xalq rəssamları alacaq.

Əməkdar elm, incəsənət xadimləri, artistlər, rəssamlar mədəniyyət işçiləri, müəllimlər, həkimlər, memarlar, bədən tərbiyəsi xadimləri, dövlət qulluqçuları, jurnalistlər, mühəndislər, hüquqşünaslar, kənd təsərrüfatı işçiləri, pilotlar, tibb işçiləri 150 manat alacaqlar.

Gözdən əlillər üçün pensiya 300 manat müəyyən edilib.

Azərbaycan prezidentinin fərdi təqaüdü 1500 manat müəyyən edilib.

Doktorantlar üçün təqaüdlər 240 manatdan 400 manatadək müəyyən edilib.

Ali məktəb i və Elmlər Akademiyası magistrləri göstəricilərdən asılı olaraq 100 manatdan 195 manatadək alacaq.

Bakalavrlar -100 manatdan 175 manatadək alacaqlar. kimi

Orta ixtisas təhsili və peşə müəssisələrində təqaüdlər 66 manatdan 100 manatadək olacaq.

Bənzər yazılar

Back to top button