İdman

Bu gün “Qarabağ”ın yeni transferi açıqlayacağı gözlənilir

“Qarabağ” bu gün yeni transferini açıqlayacaq.

Qol.az-ın xəbərində görə, bir neçə gündür komandanın Antlyadakı düşərgəsində olan Adama Diakabi ilə artıq müqavilə imzalanıb.

Onun bu gün Polşanın “Rakov” klubu ilə keçiriləcək yoxlama matçında meydana çıxacağı da gözlənilir.

Qeyd edək ki, “Kann”ın yetirməsi olan 26 yaşlı yarımmüdafiəçi peşəkar futbola “Renn”də başlayıb. O, 2017-ci ildə “Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra “Haddersfild”ə, 2020-ci ildə “Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə “Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan klubsuz idi.

Qeyd edək ki, transferin baş tutması ilə bağlı iık xəbəri sportal.az saytı yayıb.

Bənzər yazılar

Back to top button