İdman

“Beşiktaş” Azərbaycan yığmasının futbolçusunu istəyir

“Beşiktaş” “Sabah”ln futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, bu barədə “Akşam” qəzeti məlumat yayıb. İddiaya görə, 22 yaşlı yarımmüdafiəçi ilə həmçinin Türkiyənin “Kasımpaşa” klubu da maraqlanır.

Növbəti mövsümün heyətini indidən formalaşdırmağa çalışan “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın xüsusən də, ölkədən kənarda yetişən türkiyəli futbolçularla gələcəyin heyətini qurmağı planlaşdırır. “Feyenoord”da çıxış edən Orkun Kökçüdən əlini üzən İstanbul nəhəngi onun Azərbaycan millisindəki qardaşı Ozan Cana göz dikib.

“Kasımpaşa”nın da diqqət mərkəzində olan 22 yaşlı hücumameyilli oyunçunun “Beşiktaş”a keçmək ehtimalı daha yüksək dəyərləndirilir. Yeganə problem Ozanın “Sabah”la müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdı. Türkiyə klubu tezliklə “Sabah” rəhbərliyi ilə təmasa keçəcək və bu məsələni yoluna qoymağa çalışacaq.

Qeyd edək ki, Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdü. Onun “Sabah”la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Bənzər yazılar

Back to top button