İqtisadiyyatManşet

Mikayıl İsmayılov bəzi biznes qurumlarını satmağa çalışır?..

Bəzi məlumatlara görə SOCAR-ın keçmiş vitse-prezidenti Azərbaycanı tərk etməyi planlaşdırır…

Azərbaycanda ən böyük biznes quruluşuna sahib olan sabiq məmurlardan biri, SOCAR-ın keçmiş vitse-prezidenti bəzi biznes qurumlarını və müklərini satmağa çalışır. Pia.az-a bu barədə məlumat verən mənbə bildirib ki, Mikayıl İsmayılov öz gələcəyi ilə bağlı ciddi narahatlıq içindədir. Buna görə də o, Azərbaycandakı biznes qurumlarını və müklərini diqqət cəlb etmədən satmaq və sakitcə ölkəni tərk etmək istəyir. Təsdiqlənməmiş məlumaata görə Mikayıl İsmayılovun ailə üzvlərinin bəziləri artıq ölkə xaricindədirlər.

Əldə etdiyimiz məlumata görə Mikayıl İsmayılovun satmaq istədiyi biznes qurumları arasında oteller, maşın salonları, istehsal sahələri, villa və yaşayış binaları var. Satışa çıxarılan obyektlərin ümimi dəyərinin isə yüz milyonun üzərində olduğu qeyd edilir.

Qeyd edə ki, Mikayılov İsmayılov uzun ilər boyu Dövlət Neft Şirkətində maliyyə-təsərrüfat işləri üzrə vitse-prezident vəzifəsini daşıyaraq SOCAR-ın bütün xərclərinə nəzarət edib və o, ölkənin qeyri-leqal milayraderlərdən biri olaraq tanınır. Təbii ki, Mikayıl İsmayılov bütün sərvətini tutduğu vəzifənin ona verdiyi sonsuz imtiyazlardan və imkanlardan qazanıb.

Mikayıl İsmayılovun biznes imperiyasına çoxlu sayda və müxtəlif sahələri əhatə edən biznes qurumları daxildir. Lakin onun xaricdəki biznesinin də rəngarəng olduğu bildirilir. Yerli mətbuatın yazdığına görəMikayıl İsmayılov İstanbul, Roma, London, Paris, Nyu-York, Varşava, Praqa, Tbilisi, Moskva və s. şəhərlərdə yüz milyonlarla dollarlıq yeni biznes şəbəkəsi qurub.

Xatırladaq ki, Mikayıl İsmayılov 2021-ci idə Azərbaycan pezidentinin sərəncamına əsasən Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

Bənzər yazılar

Back to top button