Hadisə

SOS mühafizə şirkəti təkzib edir: İddiaların heç bir əsası yoxdur (YENİLƏNİB)

Hörmətli oxucular 13 yanvar 2023-cü il tarixində Hürriyyet.az saytına istinadən yayımladığımız “Anar Məmmədov və qardaşı Yalçın Məmmədov bu qurumu ailə şirkətinə çevirib” başlıqlı məqalədə səslənən ittihamlar “Security Operation Services” (SOS) mühafizə şirkəti tərəfindən təkzib olunub.

Şirkətdən AzToday.az-a verilən məlumata görə, onların müraciəti əsasında mənbə olaraq Hürriyyet.az saytı tərəfindən yayılmış məqalədəki verilən məlumatların, faktlar və subutların heç bir dəlil və əsasının olmadığı müəyyən edilib.

AzToday.az saytı olaraq Hürriyyət.az saytına istinadən yayımladığımız məqalədə səslənən iddiaları araşdırmaq imkanımız olmadığı üçün “Security Operation Services” (SOS) mühafizə şirkətindən və oxuculardan üzr istəyirik.

***

Bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində bu şirkətin strateji sənaye obyektlərinin qorunmasını həyata keçirən “Security Operation Services” (SOS) mühafizə şirkətinin rəhbərliyi haqda Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən mənbə bildirir ki, mühafizə şirkətinin rəhbəri Anar Məmmədov və qardaşı Yalçın Məmmədov əllərində olan səlahiyyətdən istifadə edərək, bir çox qanunsuz əməllər törədiblər.

Həmçinin, onların şirkət rəhbərliyinə ən yaxın adamlarını, hətta ailə üzvlərini təyin etdiyi bildirilir.

“Anar Məmmədov və qardaşı Yalçın Məmmədov bu qurumu ailə şirkətinə çevirib”

““Security Operation Services” MMC-nin Əməyin Mühafizəsi İdarəsinin rəisi Yalçın Məmmədov Kadrlar Şöbəsinə həyat yoldaşı Sevinc Məmmədovanı təyin edib. Qanunsuz tikintilərlə iş şöbəsini rəhbərləri də bibisi oğlu və dayısı oğludur. Bundan əlavə digər qohumları da bu şirkətdə yüksək vəzifələrdə çalışır ki, bu da onların “SOS”-u ailə şirkətinə çevirdiyini göstərir.

Bir çox qohumlarından fərqli olaraq, hansısa işçinin xırda bir səhvi olsa, onu dərhal cəzalandırırlar. Yəni ya işdən çıxarır, ya da yaşadığı yerdən uzağa “perevod” edirlər ki, yolu uzaq olsun deyə gedib-gələ bilməsin, məcbur olub öz ərizəsi ilə işdən çıxsın.

Üstəlik, harada yeyinti olan tikinti əraziləri varsa, həmin ərazidəki komandalara öz qöhumlarını rəhbər göndərirlər ki, söküb-dağıtsınlar”.

Bənzər yazılar

Back to top button