Hadisə

Cavid Qurbanovun qardaşı Naxçıvana nazir göndərilən rəisin yerinə təyin edildi

Suraxanı Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

AzToday.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Belə ki, Abşeron Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli vəzifəsindən azad olunub. Digər əmrlə o, Suraxanı Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Suraxanı RPİ-nin əvvəlki rəisi Süleyman Nemətov keçən ay Naxçıvan MR-in daxili işlər naziri təyin olunmuşdu.

Şəhriyar Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Dəmir Yolları”nın sabiq sədri Cavid Qurbanovun qardaşıdır.

Bənzər yazılar

Back to top button