GündəmManşet

Ekofəallar aksiyanın müddətsiz olacağını bildirirlər

Qarlı-şaxtalı havaya baxmayaraq, Şuşada ekoloqların aksiyası davam edir. Aksiya iştirakçıları ekosidlərə son qoyulması tələbilə Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər, Turan-ın müxbiri hadisə yerindən bildirib.

Vaxtaşırı aksiya iştirakçıları onları qoruyan hərbçilərə və polisə dəstək şüarları səsləndirirlər. Ekoloji fəallar qeyd edirlər ki, onlar yolu bağlamırlar, separatçıların qanunsuz işlətdiyi mədənlərdən xammalın daşınmasının qarşısını alırlar. Onlar qeyd edirlər ki, hər gün Laçın yolu ilə Qırmızı Xaçın maşınları, təcili yardım maşınları, sülhməramlıların kolonları keçir.

Saat 13:00-14:00 arasında Turan-ın müxbiri sülhməramlıların bir minik avtomobili və 11 yük maşınından ibarət kolonunun Xankəndi tərəfdən Laçın istiqəmətində və geriyə getdiyini müşahidə edib. Geri qayıdarkən yük maşını kolonu, o cümlədən bir benzin daşıya maşın Xankəndiyə qayıdıb.

Sülhməramlıların zirehli transportyorlu postu aksiyanın keçirildiyi yerdən 50-60 metr aralıda yerləşir. Fəallar bildirirlər ki, onlar aksiyanı sona qədər, tələblər yerinə yetirilənə – ekoloji monitorinq təmin olunana və mədənlərin işlənməsi dayandırılana qədər davam etdirmək əzmindədirlər.

Onlar həmçinin israr edirlər ki, gələcəkdə Laçın yolu ilə daşınan bütün yüklər Azərbaycan strukturları tərəfindən yoxlanılsın. Eyni zamanda, onlar erməni sakinlərin keçidinə mane olmayacaqlar.

Bənzər yazılar

Back to top button