Hadisə

ELDAR ƏZİZOVUN “KOMANDASI” PREZİDENTİ ALDADIR-HEÇ “LAL HÜSEYİN”DƏN, “YARMƏMMƏD”DƏN DƏ ADAMA DOST OLAR?

Ölkədə bütün sahələri əhatə edən islahatlar paketi kadr sahəsində bir sıra nöqsanların olduğunu üzə çıxartdı. Təsadüfi deyil ki, böyük rezonans doğuran icra hakimiyyəti başçısının həbsi,daha sonra iri ranqlı məmurların vəzifədən çıxarılması sübut etdi ki, artıq öz işini günün tələbləri səviyyəsində qura bilməyənlər komandadan kənarlaşdırılır.

Artiq fəaliyyəti cəmiyyətdə qıcıq doğuran və islahatlarla ayaqlaşmayan məmurlar tədricən sıradan çıxarılırlar. Hesab etmək olar ki, tezliklə növbə Bakı şəhər İcra Hakimiyyətində isti yuva quran, əslində Bakıda yeni başlanan Eldar Əzizov dönəmi gözləntiləri doğrultmayıb. Ətrafına topladığı yarıtmaz komanda ilə paytaxtın problemlərinin həllində heç bir uğura imza atmayan E.Əzizov əslində Bakının sosial-iqtisadi inkişafının çıxılmaz bir dalana gətirib.Bakı şəhər İH-nin aparat rəhbəri Elgün Həbibullayev, Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov və indiyə qədər E.Əzizovun mətbuat xidmətinin rəhbəri olan İsrafil Kərimovun fəaliyyəti sanki paytaxtda görülən işləri sabotaj etməkdən ibarətdir. Hətta paytaxtın sosial-iqtisadi inkişafına zərbə vurmaq üçün xüsusi olaraq vəzifə yaradılsaydı belə yenə də onlar qədər bu işin öhdəsindən gələ bilməzdilər. Prezidentin inqilabi islahatlar apardığı bir dönəmdə belə fəaliyyət dövlətə qarşı çıxmaqdır.

İsrafil Kərimov mediyanın sözçüsü olduğu dönəmdə cəmiyyəti dəqiq informasiya ilə təmin etmək əvəzinə daha çox məlumatsızlıq mühitinin yaranmasına xidmət edib. Rubrika.Az saytında barələrində dərc olunan tənqidi yazıdan sonra döymədiyi redaksiya qapısı qoymayan İ.Kərimov haqqlarında yazılan materialları “sildirməklə” məşğuldur. Sanki tənqidləri sildirməklə işlərində dönüş baş verib. Təsəvvür edin ki, bu şəxslərin idarəetməyə, problemlərin həllinə baxış bucağı necədir. Medyadan tənqidi materialları sildirməklə hamını aldadacaqlarını zənn edən bu “yığma komanda”nın üzvləri əslində bu gün görülən işlərə,aparılan islahatlara kölgə salırlar. Dövlət başçısı bir çox problemləri məhz medyadan öyrəndiyini söyləyir, jurnalistləri özünün dostu adlandırır. Belə olan halda tənqidləri medyadan yığışdırmaqla E.Əzizovun komandası cənab Prezidenti aldatmağa cəhd etmirmi? Yaxşı olmazdımı ki, redaksiya qapılarını gəzənə qədər öz fəaliyyətinizdə dönüş yaradaydınız?! Bu şəxslər nəinki dövləti,hətta onları bu vəzifəyə təyin edən E.Əzizovun özünü də aldadırlar. Əksər hallarda onu əsl həqiqətləri bilməkdən,eşitməkdən məhrum edirlər. Öz əməllərini reallaşdırmaq üçün onları vəzifəyə təyin edən şəxsi belə aldadan bir “Komanda” ilə E.Əzizovun hansı uğurlara imza atacağını düşünmək belə mümkün deyil. Yəqin ki, Eldar müəllim bu zərb məsəli bilməmiş olmaz-getdiyin yolda uğur qazanmaq istəyirsənsə özünə etibarlı yol yoldaşları seçməlisən. Heç “Lal Hüseyin”dən, “Yarməmməd”dən də adama dost olar?

Bənzər yazılar

Back to top button