Hadisə

Xocavənddə sursat partladı, bir nəfər vəfat etdi

Xocavənd rayonu ərazisində sursat partlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, hadisə Ağburun adlanan ərazidə qeydə alınıb.

Ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə çoban hadisə yerində ölüb.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.

Bənzər yazılar

Back to top button