İdman

Adamanın transferinə Qurban Qurbanovun reaksiyası

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni transferləri Adama Diakabi ilə bağlı danışıb.

Qol.az xəbər verir ki, bu gün Antalyada “Rakuv”a (Polşa) qarşı yoxlama matçında (0:3) sonra jurnalistlərə deyib: “O, çoxdandır oynamırdı (Adama 2022-ci ilin iyununda klubsuz idi – red.). İdman formasını qaytarmaq çox çətin olacaq. Oyun ritminə düşmək üçün vaxt lazımdır. Ehtiyatlı olmalıyıq, tələssək, futbolçu “yana” bilər. Proqramlı şəkildə hazırlamağa çalışacağıq. Bacarıqlı futbolçudur. İnanıram ki, bizə çox faydası çox olacaq. Onu əvvəlki formasına qaytarmağa çalışacağıq”.

Xatırladaq ki, Adama Ağdam klubuna azad agent qismində keçib. Onun son klubu Fransa “Amyen”i olub. 2022-ci ilin yayında Fransa təmsilçisi ilə müqaviləsi başa çatan futbolçu klubsuz idi.

Sol vinger olan Diakabi “Amyan”lə yanaşı, bir vaxtlar Fransanın U-21 millisinin də şərəfini qoruyub. 26 yaşlı futbolçu Fransanın “Kan”, “Renn”, “Monako”, eləcə də İngiltərənin “Haddersfild” və “Nottingem Forest” klublarının da formasını geyinib.

Bənzər yazılar

Back to top button