GündəmManşetSiyasət

Azərbaycan Müdafiə Nazirliyi sərhəddəki və Qarabağdakı vəziyyəti qiymətləndirib

Yanvarın 14-də Azərbaycanın Müdafiə Nazirliyində nazir Zakir Həsənovun sədrliyi ilə komanda heyətinin müşavirəsi keçirilib.

Hərbi idarənin yaydığı məlumata görə, “Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib”.

Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və “baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması” barədə konkret tapşırıqlar verib.

Nazir dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinin, o cümlədən təminat yollarının və rabitə-kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini qeyd edib.

Gündəlik fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, hərbi qulluqçulara, xüsusilə xidmətə yeni qəbul edilən gənc əsgərlərə diqqət və qayğı ilə yanaşılması, onların mövsümi xəstəliklərdən qorunması məqsədilə aparılan tibbi-profilaktik tədbirlərə nəzarətin daha da gücləndirilməsi tapşırılıb.

Bənzər yazılar

Back to top button