Mədəniyyət

İlham Əliyev Polad Bülbüloğlu və Ramiz Məmmədovu təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzToday.az xəbər verir ki, sərəncama əsasən, P.Bülbüloğlu Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə bu ordenlə təltif olunub.

Prezident bu gün Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

İlham Əliyev həmçinin Ramiz Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevralın 4-də coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun 70 yaşı tamam olur.

Bənzər yazılar

Back to top button