Dünya

Ərdoğanın “Telegram” da ilk maraqlı paylaşımı (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” messencerində səhifə açıb.

Qaynarinfo xəbər verir ki, Ərdoğanın Telegram-da paylaşdığı ilk foto balaca bir pişiklə bağlı olub.

Foto izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Facebook və WhatsApp yeni məxfilik siyasəti təqdim etdikdən sonra Türkiyənin Antiinhisar Komitəsi onlara qarşı istintaq işi açmağa qərar verib. Buna əsas səbəb messencerin öz istifadəçilərinin vərdiş və zövqlərini öyrənmək üçün onların şəxsi məlumatlarını Facebook-a ötürə biləcəyi bəndin ortaya çıxması olub. Bundan sonra bəəzi türk məmurları “WhatsApp”dan istifadədən imtina edib.

Bənzər yazılar

Back to top button