İdman

Sarridən Ronaldo açıqlaması

“Yuventus”un baş məşqçisi Maurisio Sarri komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçu ilə bağlı deyib: “Biz Ronaldo ilə İtaliya kubokunda “Milan” və “Napoli” ilə oyunlardan əvvəl danışmışdıq, həmçinin dünən də söhbət etdik. Ronaldo karyerası ərzində 700 qol vurub. O, bir mərkəz hücumçusundan daha geniş oynayır. Bu, onun tərzidir və bu normaldır.

Ümid edirəm ki, Ronaldo sabahkı gündən, maksimum bir həftədən sonra yenidən tanıdığımız fantastik oyunçu olacaq. İndi o, ən yaxşı fiziki formasında deyil”.

Bənzər yazılar

Back to top button