İqtisadiyyatManşet

Azərbaycanda qadın və kişilərin maaşı arasında kəskin fərq var – Rəqəmlər

Azərbaycanda qadınların aldığı əmək haqqı kişilərin aldığı əmək haqqından azdır.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi statistik göstəricilərə istinadən bildirir ki, ölkə üzrə muzdla işləyən qadınların orta aylıq əmək haqqı 552,2 manat, kişilərin orta aylıq əmək haqqı isə 851,7 manat olub. 
Açıqlanan məlumatlardan belə görünür ki, istisnasız olaraq iqtisadiyyatın bütün sahələrində kişilər qadınlardan daha çox əmək haqqı alır.

Ümumiyyətlə muzdla işləyən kişilər və qadınlar arasında ən yüksək əmək haqqını mədənçıxarma sahəsində işləyənlər alıb. Bu sahədə qadınlar ayda orta hesabla 2 202,2 manat, kişilər isə 3 215,2 manat maaş alıblar.
Kişilərin ən az əmək haqqı aldıqları sahə kənd təsərrüfatı sahəsi olub. Bu sahədə kişilərin orta aylıq əmək haqqı 476,2 manat tşkil edib. Qadınların ən az əmək haqqı aldığı sahə isə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsi olub – 353,9 manat.

İqtisadi fəaliyyıt növləri Kişilər
(manat)
Qadınlar (manat)
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 476.2 395.2
Mədənçıxarma sənayesi 3215.2 2202.2
Emal sənayesi 757.2 474.5
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 789.9 614.0
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 615.6 432.5
Tikinti 906.1 668.5
Ticarət; nəqliyyat vasitələrinin  təmiri 556.8 476.1
Nəqliyyat və anbar təsərrüfatı 1013.7 644.7
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 627.9 485.9
İnformasiya və rabitə 1245.8 928.6
Maliyyə və sığorta fəaliyyəti 2280.4 1319.4
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 725.5 511.6
Peşə, elmi və texniki fəaliyyət 1559.9 770.1
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 466.2 353.9
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 1027.1 866.8
Təhsil 596.0 502.1
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 720.5 528.0
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 657.8 461.4
CƏMİ 851.7 552.2

Bənzər yazılar

Back to top button