Cəmiyyət

General-mayor birinci müavin təyin edildi

Bəhruz Quliyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

Qaynarinfo xəbər verir ki, Bəhruz Quliyev bu təyinata kimi DGK-nin sədr müavini idi.

Bundan əvvəl sözügedən vəzifədə İsmayıl Hüseynov idi. O, bir neçə gün öncə vəzifəsindən azad olunaraq, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin birinci müavini təyin edilib.

Bəhruz Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda dünyaya gəlib. 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakultəsinin əyani şöbəsinə daxil olub. 2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirib.

2011-ci ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirib. Milli Aviasiya Akademiyasının Doktorantıdır.

Bəhruz Quliyev 2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunub.

O, Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

2018-ci ildə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə” medalları ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.

Bənzər yazılar

Back to top button