İqtisadiyyat

Müdafiə Nazirliyinin məşhur avtomobil şirkətinə borcu var?

Azərbaycanın aparıcı şirkətlərindən olan “İdeal Motors” MMC Azərbaycan Müdafiə Nazirliyi haqqında məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası bu gün – 16.01.2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib.

Bildirilir ki, iddia Müdafiə Nazirliyinin “İdeal Motors” MMC-yə olan borcu ilə əlaqədar qaldırılıb.
Qeyd edək ki, “İdeal Motors” MMC 28.11.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət Azərbaycanda

“Chevrolet”, “Baic” və “Jak” avtomobillərinin satışını həyata keçirən “Performance Center Co” şirkətilə eyni hüquqi ünvanda yerləşir. “İdeal Motors” MMC əsasən dövlət qurumlarının avtomobil alışı ilə bağlı keçirdiyi tenderlərin qalibi olub.

Bənzər yazılar

Back to top button